...

SOCAR Ukraynada yeni loqotipli yanacaqdoldurma stansiyalarını istifadəyə verir

Energetika Materials 14 May 2015 17:54 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda və xaricdəki müəssisələrində rebrendinqi davam etdirir.
SOCAR Ukraynada yeni loqotipli yanacaqdoldurma stansiyalarını istifadəyə verir

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda və xaricdəki müəssisələrində rebrendinqi davam etdirir.

Trend-in şirkətə istinadən verdiyi məlumata əsasən, Ukraynada bu proseslə paralel olaraq, SOCAR-ın yeni loqotipi ilə ilk yanacaqdoldurma stansiyası (YDM) Odessada açılıb.

Bu, Odessa bölgəsində SOCAR brendi ilə fəaliyyət göstərən 14-cü, bütün Ukraynada isə 51-ci YDM-dir. Yeni kompleks Odessanın sənaye mikrorayonu olan Peresıpda yerləşir.

YDM-in 1074 kvadratmetrlik ərazisində quraşdırılmış 8 paylayıcı qurğu, eyni zamanda, 16 avtomobilin yanacaqla təchizatına imkan verir. Təkərlərin doldurulması, avtomobilin su təchizatı, internet, mobil telefonların enerji təminatı, körpələrə qulluq kimi xidmətlər pulsuzdur. Burada əlillər üçün də rahat şərait yaradılıb.

YDM ərazisində "Buta" kafesi və market fəaliyyət göstərir. Ödəniş nağd pulla, bank və yanacaq kartları, həmçinin Level bonus kartları ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti