...

SOCAR Aİ-nin "Cənub Qaz Dəhlizi"nə dəstəyini vacib hesab edir

Energetika Materials 3 İyun 2015 18:51 (UTC +04:00)
Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması məsələsində Avropa İttifaqının dəstəyinə ümid edir.
SOCAR Aİ-nin "Cənub Qaz Dəhlizi"nə dəstəyini vacib hesab edir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması məsələsində Avropa İttifaqının dəstəyinə ümid edir.

Trend-in məlumatına əsasən, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən XXII Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransında deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın təşəbbüsüdür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəldilib: "Bu səbəbdən biz Aİ-dən layihənin reallaşdırılması ilə bağlı bütün məsələlər üzrə dəstək, konkret fəaliyyət və qarşılıq gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti