...

"Schneider Electric" ən son texnologiyalarını nümayiş etdirdi

Energetika Materials 8 İyun 2015 20:24 (UTC +04:00)
"Schneider Electric" Azərbaycanın neft və qaz sənayesi üçün enerji idarə olunması sahəsində ən son texnologiyalarını nümayiş etdirdi.
"Schneider Electric" ən son texnologiyalarını nümayiş etdirdi

"Schneider Electric" Azərbaycanın neft və qaz sənayesi üçün enerji idarə olunması sahəsində ən son texnologiyalarını nümayiş etdirdi.

"Schneider Electric" qlobal enerji mütəxəssisi kimi, "Bakı Ekspo Mərkəzi"ndə 2-5 iyun 2015-ci ildə keçirilmiş 22-ci Beynəlxalq "Xəzər Neft və Qaz" Sergisində iştirak edərək Azərbaycanın Neft və Qaz sənayesi üçün ən son enerji həllərini nümayiş etdirmişdir.

Sərgi stendində "Schneider Electric" ən son təkliflərini əks etdirən daha təhlükəsiz, səmərəli və ekoloji baxımdan təmiz enerji idarəetmə əməliyyatlarına töhfə verəcək neft və qaz yataqlari üçün Ağıllı (Smart) həllər, Elektrik yarım stansiyaları, PACiS Enerji idarəetmə və Nəzarət Sistemləri, kompleks təhlüksəsizlik sistemləri, Ağıllı (Smart) panel təkliflərini nümayiş etdirmişdir. Xüsusi ayrılmış zonada sərgi ziyarətçiləri dünya miqyasında 50-dən artıq ölkədə quraşdırılmaqla, yüksək təhlükəsizlik, etibarlılıq və təminat verən "Triconex" markalı təhlükəsizlik və mühüm nəzarət sistemləri barədə daha çox şey öyrənmək imkanı qazanmışlar.

Şirkətin Mərkəzi Asiya Ölkələri üzrə Prezidenti Emrah Tekdemir demişdir: "Schneider Electric" dəniz platformaları və ÜHSY (FPSO) platformalarından tutmuş quru yataqları və qaz emal qurğularına kimi, müştərilərimizin hasilat və ilkin xammal emalı əməliyyatları üçün yataq səviyyəsindən şirkət səviyyəsinədək bütün obyektləri əlaqələndirməklə, tam inteqrə edilmiş xidmət və texnologiyalar təmin edir. Bu onlara bir tək layihə tərəfdaşından təlim, təhlükəsizlik və təminat ilə birlikdə avtomatlaşdırma, hasilat, emal və enerji idarəetməsini əhatə edən çevik həllər qazandırır. "Schneider Electric" heyəti layihənin istismar müddəti ərzində gəlirlərini maksimallaşdırmağa səy göstərməklə, bütün layihə mərhələlərində öz müştəriləri ilə birgə işləyir".

Sərginin mötəbərliyini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərginin açılış mərasimində iştirakı və onun milli və beynəlxalq şirkətləri təmsil edən tədbir iştirakçılarını salamlama nitqi xüsusi olaraq vurğulamışdır.

"Schneider Electric" şirkəti haqqında

Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə "Schneider Electric" şirkəti çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, Qrupun 170.000-dən çox işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2014-cü ildə 25 milyard Avro məbləğində satış həcminə nail olmuşlar.
www.schneider-electric.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti