...

Heydər Əliyev adına NEZ-də topoqrafik tədqiqat işlərinə start verildi

Energetika Materials 31 İyul 2015 16:17 (UTC +04:00)
Heydər Əliyev adına NEZ-də topoqrafik tədqiqat işlərinə start verildi.
Heydər Əliyev adına NEZ-də topoqrafik tədqiqat işlərinə start verildi

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Heydər Əliyev adına NEZ-də topoqrafik tədqiqat işlərinə start verildi.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yanacaq enerji təhlükəsizliyinin etibarlı təminatı, daxili və xarici bazarlar üçün rəqabət qabiliyyətli neft məhsullarının istehsalı, avtomobil benzinləri və dizel yanacağının AVRO 5 ekoloji standartlarının tələblərinə cavab verməsi, neft emalı məhsullarına ölkə daxili tələbatın uzunmüddətli təmin edilməsi, istismar xərclərinin azaldılması və gəlirliyin artırılması, "Azərikimya" İB-in xammalla etibarlı təmin olunması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə yaxın gələcəkdə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma işləri aparmaqla, müasir texnoloji qurğular inşa ediləcək.

Bu məqsədlə SOCAR və "Dövlət Aerogeodeziya Müəssisəsi" MMC arasında bağlanmış müqaviləyə əsasən, zavodun ərazisində topoqrafik tədqiqat işlərinin - birinci dərəcəli geodeziya işarələrinin quraşdırılması mərhələsinə start verilib. NEZ ərazisində yeni geodeziya və nivelir məntəqələrinin koordinat yüksəkliklərinin təyin edilib hesablanması, nivelir nişanlarının quraşdırılması işləri nəzərdə tutulan birinci pilləli sahə işlərin qrafikinə daxildir və bu istiqamətdə işlər sürətlə davam etməkdədir.

Bu günlərdə növbəti mərhələdə bu işlərin davamı olaraq, zavodda topoqrafik tədqiqatin həyata keçirilməsi üçün texniki təkliflərini təqdim edən SOCAR-Foster Wheeler və SOCAR-Fugro LLC Birgə Müəssisələrinin mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə zavodun yeni texnoloji qurğularının inşa olunacağı ərazilərdə görüləcək topoqrafiq tədqiqat işlərinin aparılması üçün qabaqlayıcı təqbirlər, sağlamlıq, ətraf mühütün qorunması, texniki təhlükəsizlik və s. məsələlər müzakirə olunub. Slaydlar vasitəsilə geniş informativ təqdimat keçirilib, görüləcək işlərin qrafik cədvəli təqdim olunmuş və suallara cavab verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti