...

Ankara "Türk axını"nda Rusiyanın xeyrinə öz maraqlarından imtina etməyəcək (Ekskülziv)

Energetika Materials 8 Sentyabr 2015 12:19 (UTC +04:00)
Ankara "Türk axını" layihəsində Rusiyanın xeyrinə öz maraqlarından imtina etməyəcək.
Ankara "Türk axını"nda Rusiyanın xeyrinə öz maraqlarından imtina etməyəcək (Ekskülziv)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara "Türk axını" layihəsində Rusiyanın xeyrinə öz maraqlarından imtina etməyəcək. Bunu Trend-ə Türkiyə Prezidentinin Administrasiyasındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, Ankara "Türk axını"nın tikintisini vacib məsələ hesab edir, lakin bununla yanaşı, Türkiyə Rusiya ilə birgə qazpaylayıcı şəbəkəsini yaratmağa da can atır.

Mənbə qeyd edib ki, bu, hazırda Türkiyə üçün vacib və həll edilməmiş məsələlərdən biridir.

Mənbə onu da bildirib ki, "Türk axını"nın tikintisi məsələsi və Rusiya ilə birgə qazpaylayıcı şəbəkəsinin yaradılması Türkiyədə təkrar parlament seçkilərindən sonra müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti