...

SOCAR-ın heç bir ölkədən qaz almağa ehtiyacı yoxdur

Energetika Materials 1 Fevral 2016 17:22 (UTC +04:00)
Hazırda SOCAR-ın heç bir ölkədən qaz almağa ehtiyacı yoxdur.
SOCAR-ın heç bir ölkədən qaz almağa ehtiyacı yoxdur

Bakı. Maksim Tsurkov - Trend:

Hazırda SOCAR-ın heç bir ölkədən qaz almağa ehtiyacı yoxdur. Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, "AzMeCo", "Azərenerji" və ya digər şirkətlər daha sərfəli şərtlərlə "Qazprom"dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastrukturundan istifadə edə bilərlər.

Qeyd edək ki, daha əvvəl SOCAR-ın "Azərenerji" ASC üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz alışına yardım göstərməyə hazır olduğu barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti