...

Heydər Əliyev adına NEZ-in yenidən qurulması çərçivəsində növbəti müqavilə imzalandı

Energetika Materials 3 May 2016 19:02 (UTC +04:00)

Bakı. Trend:

Mayın 3-də Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə "Air Liquide" şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, "Air Liquide" şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti D.D'Elia, şirkətin rəhbər nümayəndələri Yörq Ott, Benjamin Buqeat, eləcə də NQENKK və "SOCAR KBR" şirkətinin nümayəndələri iştirak ediblər.

Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və "Air Liquide" şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti D.D'Elia imzalayıblar.

Mərasimdə NEZ-in yenidən yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9%) təchizatının təmin edilməsi məqsədilə "Air Liquide" şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış "Air Liquide" şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, Texnoloji Layihələndirmə Paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Xatırladaq ki, baş ofisi Fransanın Paris şəhərində yerləşən "Air Liquide" şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti