Bakı. Trend:
"Türk axını" qaz kəməri layihəsi yekunda reallaşdırılacaq.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib: "Biz konstruktiv dialoq qura biləcəyimizə çox ümid edirik. Bizim energetika sahəsində çoxlu layihələrimiz var. Bura "Türk axını" da aiddir".