Bakı. Trend:
İmişlinin Bəcirəvan və Ağcüyür kəndlərinə təbii qaz verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 483 abonenti olan Bəcirəvan və 43 abonenti olan Ağcüyür kəndlərinin qazlaşdırılması üçün məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, hazırda İmişli rayonunun daha 8 kəndində (Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikinti başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin ediləcək.