...

"Türk axını" ilə bağlı "Qazprom"dan QƏRAR

Energetika Materials 4 May 2017 20:14 (UTC +04:00)
"Qazprom" "Türk axını"nın tikintisi üçün işləri yekunlaşdırıb və yaxın günlərdə inşaata başlaya bilər.
"Türk axını" ilə bağlı "Qazprom"dan QƏRAR

Bakı. Trend:

Rusiyanın "Qazprom" şirkəti "Türk axını"nın tikintisi üçün işləri yekunlaşdırıb və yaxın günlərdə inşaata başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri Aleksey Miller Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

A.Miller V.Putinə bir neçə günə "Türk axını"nın dənizdən keçən hissəsində tikinti işlərinə başlaya biləcəklərini deyib.

Rusiya Prezidenti isə öz növbəsində bildirib ki, bu məsələni türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə də müzakirə ediblər: "Türk ortaqlarımızın da bu məsələdə bizi dəstəkləyəcəklərindən əminəm. İşə başlamaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti