...

Ekspert: “Türk axını” və “Cənub Qaz Dəhlizi” layihələri bir-birini tamamlayır

Energetika Materials 10 May 2017 16:10 (UTC +04:00)
“Türk axını” və “Cənub qaz dəhlizi” layihələri bir-birini tamamlayır
Ekspert: “Türk axını” və “Cənub Qaz Dəhlizi” layihələri bir-birini tamamlayır

Bakı. Anaxanım Hidayətova - Trend:

“Türk axını” və “Cənub Qaz Dəhlizi” layihələri bir-birini tamamlayır.

Bunu Trend-ə Ukraynanın Enerji strategiyaları Fondunun həmsədri, ekspert Dmitri Maruniç deyib.

Ekspert qeyd edib ki, “Türk axını” qaz kəmərinin birinci xətti tam şəkildə reallaşdırılacaq, ikinci hissəsi ilə bağlı vəziyyətə isə yaxın iki il ərzində aydınlıq gələcək: ““Türk axını” qaz kəmərinin birinci xətti tədarük həcmlərinin gözlənilən səviyyədə olması “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına müsəbt təsir göstərəcək”.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində
isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti