...

Azərbaycan və Albaniya arasında niyyət məktubu imzalanıb (FOTO)

Energetika Materials 15 Fevral 2018 16:58 (UTC +04:00)
Bu gün Bakıda "SOCAR Balkan" və Albaniyanın "Albgaz" şirkətləri arasında niyyət məktubu imzalanıb
Azərbaycan və Albaniya arasında niyyət məktubu imzalanıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda "SOCAR Balkan" və Albaniyanın "Albgaz" şirkətləri arasında niyyət məktubu imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasının yekununda keçirilib.

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti