...

Pərviz Şahbazov Vyanada səudiyyəli, rusiyalı həmkarları və OPEC-in baş katibi ilə görüşüb (FOTO)

Energetika Materials 6 Mart 2020 17:45 (UTC +04:00)
Vyanada səfərdə olan Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşlər keçirib.
Pərviz Şahbazov Vyanada səudiyyəli, rusiyalı həmkarları və OPEC-in baş katibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Vyanada səfərdə olan Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiyanın Energetika naziri Aleksandr Novak ilə görüşlər keçirib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, səudiyyəli nazirlə görüşdə neftə tələbatı azaldan və qiymətə təsir edən amillər, o cümlədən koronavirusun iqtisadi inkişafı zəiflətməsi vəziyyətində neft bazarının tənzimlənməsi məsələləri müzakirə edilib. “OPEC plus” ölkələrinin neft bazarına növbəti dəstəyinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin ikitərəfli enerji əməkdaşlığına dair məsələlərə də toxunulub. 240 meqavat gücündə külək enerjisi layihəsi üzrə Energetika Nazirliyi və “ACWA Power” şirkəti arasında imzalanmış İcra müqaviləsinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafında əhəmiyyətindən bəhs edilib. Səudiyyəli nazir külək elektrik stansiyasının tikintisi ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi üçün “ACWA Power” ilə müvafiq müqavilələrin imzalanması mərasimində iştirakına razılıq verib.

OPEC-in baş katibi M.Barkondo və Rusiyanın Energetika naziri A.Novakla görüşlərdə isə neft bazarının qısa və uzunmüddətli perspektivdə inkişafı nəzərdən keçirilib. Neftin qiymətində volatilliyin və tələb-təklif arasında fərqin azaldılması üçün hasilatın məhdudlaşdırılması təklifi üzrə fikir mübadiləsi aparılıb. Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın və öhdəliklərin icrasının zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti