...

BASF Azərbaycanın neft-kimya sənayesində fəaliyyətini genişləndirmək niyyətindədir

Energetika Materials 11 Aprel 2020 10:12 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Almaniyanın BASF şirkəti Azərbaycanın neft-kimya sənayesində biznesini genişləndirmək niyyətindədir.

Bunu Trend-ə “BASF Azerbaijan” MMC-nin icraçı direktoru Tolqa Baysinop deyib.

O bildirib ki, şirkət bu sahədə öz fəaliyyətini genişləndirməklə qeyri-neft sektorunun inkişafında rol oynayacaq:

“Qeyri-neft sektoru üçün əlçatan və yüksək keyfiyyətli xammal yekun məhsul istehsalı üçün vacib amildir. BASF qida sənayesi, əczaçılıq, tekstil, avtomobilqayırma üçün məhsul tədarük etməyi planlaşdırır. Bu sahələr son illərdə mühüm investisiyalar cəlb edib”.

T.Baysinop qeyd edib ki, hazırda BASF Azərbaycanda kənd təsərrüfatı və neft-kimya sahələrində müştərilərlə müqavilələrə malikdir:

“Bu sahələr son illərdə ciddi inkişaf edib. BASF kənd təsərrüfatı sahəsində dərin təcrübəyə malikdir. Şirkət məhsul istehsalı sahəsində təcrübələrə malik olmaqla yanaşı, həm də fermerlərə məhsuldarlığın artırılmasını təmin etməyə kömək göstərir. Biz Azərbaycan fermerlərinə bu təcrübəni təqdim etdiyimiz üçün məmnunuq”.

Şirkətin aşağı neft qiymətləri şəraitində əməliyyatları barədə danışan T.Baysinop deyib ki, BASF 2020-ci il üçün “Brent” markalı neftin bir barelinin orta qiymətini 60 dollar məbləğində proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti