...

İranın neft ixracından əldə etdiyi gəlirlər 60% artıb

Energetika Materials 30 May 2022 04:22 (UTC +04:00)
İranın neft ixracından əldə etdiyi gəlirlər 60% artıb

Bakı. Trend:

İranın cari İran ilinin ilk iki ayında (20 mart 2022-ci ildə başlayıb) neft gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 60%-dən çox artıb.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə İranın Neft Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Cari ilin ilk iki ayında ölkənin neft, qaz kondensatı, təbii qaz, neft məhsulları, neft-kimya məhsullarının ixracından valyuta daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz artıb", - deyə qurumdan bildirilib.

Qeyd olunur ki, ötən ilin ilk iki ayında neft-kimya sənayesindən əldə olunan gəlirlər 1,5 milyard dollar, bu ilin ilk iki ayında isə 2,45 milyard dollara çatıb.

Bundan əvvəl, İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi bildirmişdi ki, İran ixracdan, xüsusən də neft satışından tam gəlir əldə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti