Bakı. Trend:
Qarabağdan "yaşıl" enerji Abşerona tədarük ediləcək.
Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
"bp ilə reallaşdırdığımız layihəyə uyğun olaraq azad edilmiş ərazilərdə istehsal olunacaq "yaşıl" enerji Abşeron yarımadasına nəql olunacaq və burada bp tərəfindən neft-qaz sektorunun karbonsuzlaşdırılması üçün istifadə olunacaq", - deyə o bildirib.