...

SOCAR tərəfindən emal edilən neft və qazın həcmi açıqlanıb

Energetika Materials 11 Aprel 2025 13:56 (UTC +04:00)
SOCAR tərəfindən emal edilən neft və qazın həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 5,8 milyon ton neft, 3,4 milyard kubmetr qaz emal edilib.

Bu barədə Trend SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Məlumata görə, 2023-cü ildəki göstərici ilə müqayisədə neft emalında 0,5 milyon ton və ya 7,9%, qaz emalında isə 0,1 milyard kubmetr və ya 2,9% azalma qeydə alınıb.

Belə ki, 2023-cü il ərzində SOCAR tərəfindən 6,3 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilmişdi.

Eyni zamanda 2024-cü il ərzinndə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,3 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları həcmində 2,8% artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti