...

ARDNŞ yanvar-aprel aylarında 2,6 mln. ton neft hasil edib

Energetika Materials 4 May 2006 15:09 (UTC +04:00)

Yanvar-aprel aylarında ARDNŞ-nin nəzdində olan neft-qaz çıxarma idarələri (NQÇİ) 2,6 mln. ton neft hasil edib ki, bu da ötən ilin analji müddətilə müqayisədə 0,1% azdır. Trend agentliyinin məlumatına əsasən, ən çox neft "28 May" NQÇİ-nin payına düşüb. Bu idarə 4 ay ərzində "Günəşli" yatağından 1,8 mln. ton neft çıxarıb ki, bu da 2005-ci ilin analoji dövrünə nisbətən 1,2% azdır.

Ən aşağı hasilat isə "Muradxanlı" yatağında müşahidə olunub. Yanvar-aprel aylarında burada 10 min. ton neft çıxarılıb ki, bu da 2005-ci ilin analoji müddətilə müqayisədə 0,7% azdır.

"Azneft" İstehsalat Birliyinin 2006-cı il yanvar-aprel aylarında neft hasilatına dair cədvəl:

NQÇİ

2006-cı il yanvar-aprel

% 2005-ci il yanvar-aprel

28 may

1855080.000

98,8

Neft Daşları

278003.000

102,9

N.Narimanov ad.

112140.000

101,8

Balaxanıneft

69985.000

103,9

Qum Adası

56730.000

100,9

Abşeronneft

56110.000

102,8

Bibi-Heybətneft

45938.000

108,2

Suraxanıneft

34726.000

94,8

A.Əmirov ad.

25974.000

94,6

Bulla-Dəniz

26076.000

100,8

H.Z.Tağiyev ad.

25453.000

123,3

Siazanğneft

15048.000

99,5

Muradxanlı

10070.000

99,3

Cəmi:

2611333.000

99,9

Xəbər lenti

Xəbər lenti