...

Cənubi Koreya Azərbaycan və BƏƏ ilə energetika sahəsində əməkdaşlıq qurur

Energetika Materials 15 May 2006 11:45 (UTC +04:00)

Mayın 15-də Cənubi Koreya prezidenti həftəlik turnesini başa vurub. Bu turne zamanı o, Monqolustan, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində olub. Ulan-Batorda hər iki ölkə arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirən 10-dan çox niyyət memorandumu imzalanıb. No Mu Henin Bakıda və Əbu-Dabidə apardığı danışıqlarda məqsəd neft və digər təbii ehtiyatlarla zəngin olan bu ölkələrlə əməkdaşlıq quraraq Cənubi Koreyanın enerji ehtiyatlarınnın idxalından asılılığını zəiflətməkdən ibarətdir.

BƏƏ-də aparılmış danışıqlar zamanı energetika, ticarət, tikinti, informasiya texnologiyaları və müdafiə sənayesində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi ilə bağlı razılaşma əldə olunub.

No Mu Hen Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan 6 ölkə ilə azad ticarət haqqında saziş bağlamağı təklif edib. 1981-ci ildə yaradılmış bu regional iqtisadi təşkilata Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və BƏƏ daxildir. Gələcəkdə bu ölkələr vahid bazar yaratmağı, daha sonra isə ümumi valyuta buraxmağı planlaşdırır. Prezidentin sözlərinə görə, Fars körfəzi ölkələri ilə azad ticarət haqqında sazişin imzalanması həm Seulun, həm də bu region ölkələrinin maraqlarına cavab verir. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti