...

Belarus hökuməti Azərbaycandan neft tədarükü imkanlarını nəzərdən keçirir

Energetika Materials 15 May 2006 18:44 (UTC +04:00)

Belorus hökuməti Azərbaycandan neft və neft məhsullarının satışının təşkili imkanlarını nəzərdən keçirir. Bu barədə Belorus hökumətinin baş naziri Andrey Kobyakov məlumat verib.

"Azərbaycandan enerji daşıyıcılarının tədarükü imkanları bizim tərəfimizdən nəzərdən keçirilir. Neftin qiymətinin artımı ilə əlaqədar nəqliyyat logistikasına çəkilən xərclər tədarük qiymətlərinin xüsusi çəkisində artıq getdikcə ən az yeri tutur. Əgər əvvəllər nə isə qeyri-mümkün görünürdüsə, neftin dünya qiymətləri nəzərə alınarsa, bu, böyük, ciddi reallıqdır ", - deyə o, jurnalistlərə bildirib.

Öz növbəsində, Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Abbas Abbasov qeyd edib ki, tərəflər danışıqlar gedişində Belarusun respublikada istehsal olunmayan neft məhsulları ilə təminatı məsələsinə də toxunublar.

Bu zaman A.Kobyakov və A.Abbasov iki ölkə arasında mal dövriyyəsinin mövcud həcminin qaneedici olmadığını bildiriblər. Eyni zamanda, hər iki hökumətin rəsmiləri hesab edirlər ki, qarşılıqlı ticarətin potensialı böyükdür və tərəflər onun artırılması üçün maksimum səy göstərəcəklər. Bu barədə İnterfaks agentliyi məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti