...

Astaradakı modul elektrik stansiyasında işlərin başlanmasından etibarən 78 milyon kVT/saatdan çox elektrik enerjisi hasil edilib

Energetika Materials 13 İyun 2006 19:05 (UTC +04:00)

Astaradakı modul elektrik stansiyasında işlərin başlanmasından etibarən (3 fevral 2006-cı il) 78 milyon 104 min kVT/saatdan çox elektrik enerjisi hasil edilib. Trend in verdiyi xəbərə görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildiriblər.

Respublikada modul elektrik stansiyalarının tikintisi üzrə ümumi proqramda birinci olan stansiya fevral ayında 6 milyon 961 min kVt/saat elektrik enerjisi verib. Mart ayında bu göstərici artıq 23 milyon 768 min kVt/saat, aprel ayında -, may ayında isə 23 milyon 827 min kVt/saat olub.

"Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin qeyd etdiyi kimi, bu elektrik stansiyasının işə başlamasından sonra bu regionda istifadə olunan elektrik enerjisinin həcmi 57-60% artıb, bu da mövcud olan problemlərdən xəbər verir.

Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-ə 52 belə qurğunun tikintisi və təhvilini təmin etmək həvalə olunub. Bu qurğular Bakıda, Naxçıvanda, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq. 2006-cı ildə 12 belə elktrik stansiyası Bakı YEM-2 ərazisində, 10-u Naxçıvanda, 10-u Xaçmazda, 10-u isə Şəkidə quraşdırılacaq. Onlar "Azəriqaz" QSC tərəifndən tədarük edilən təbii qazla işləyəcək. Bu elektrik stansiyaları hər birinin gücü 8,7 MVt olan enerji modullarından ibarətdir.

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisinin istehsal həcmini 450-460 MVt artırmaq imkanı verəcək.

Xəbər lenti

Xəbər lenti