...

Azərbaycan netfinin qiyməti: həftənin yekunları

Energetika Materials 19 İyun 2006 18:17 (UTC +04:00)

Azərbaycanın Supsa və Batumi gürcü limanları vasitəsilə satdığı AZERI LT (CIF) neftinin orta qiyməti iyunun12-dən 16-dək $67,63/barel təşkil edib ki, bu da ötən həftəki göstəricidən $1,79/barel azdır. Trend agentliyinin məlumatına əsasən, AZERI LT neftinin maksimal qiyməti iyunun12-dən 16-dək $69,46/barel, minimal qiyməti - $66,13/barel təşkil edib.

Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti iyunun12-dən 16-dək $63,86/barel təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə $0,52/barel çoxdur. URAL LT neftinin maksimal qiyməti mayın iyunun12-dən 16-dək $66,14/barel, minimal qiyməti - $63,32/barel təşkil edib.

Brent (DTD) neftinin orta qiyməti iyunun12-dən 16-dək $66,84/barel təşkil edib ki, bu da ötən həftəki göstəriciyə nisbətən $0,71/barel azdır. Brent netfinin maksimal qiyməti iyunun12-dən 16-dək $68,14/barel, minimal qiyməti - $65,45/barel təşkil edib.

Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti