...

ARDNŞ dəniz platformalarının birində QKS quraşdıracaq

Energetika Materials 30 İyun 2006 16:10 (UTC +04:00)

Hazırda ARDNŞ-nin qaz qəbulu proqramı çərçivəsində "Neft daşları" yatağında qaz kompressor stansiyasının (QKS) genişləndirilməsinə ehtiyac yoxdur. Bu barədə Trend ə Sənaye və Energetika Nazirliyindən bildiriblər.

Aşağı təzyiqli qaz gələn il "Günəşli-4" platformasında quraşdırılacaq qaz kompressor stansiyasında basılacaq. Bu qaz "Neft Daşlıra"ndakı QKS-nın giriş hissəsinə gündə 1,5 mln. kub metr həcmində veriləcək və burada basıldıqdan sonra boru kəmərilə sahilə nəql olunacaq.

Quyulardan birbaşa hasil olunan yüksək təzyiqli qaz "Neft Daşlıra"ndakı QKS-nın çıxış hissəsinə və oradan boru kəmərinə nəql olunacaq.

Bu ilin sentyabrında ARDNŞ "Günəşli" yatağının dayaz hissəsində qazın utilizasiyası layihəsini həyata keçirmək üçün boru alacaq. Bundan əlavə, ARDNŞ qazın sahilə nəqli üçün 2 sualtı qaz kəməri çəkəcək. Bu proses başa çatdıqdan sonra ARDNŞ yataqda qazılmış bütün quyuları konservləşdirə biləcək.

Hazırda Dünya Bankının ekspertləri "Günəşli"də aşağı təzyiqli qazın toplanması üzrə layihə üzərində işləyir. Bu prqoqram DB-nin $481,250 min həcmində qrantı hesabına həyata keçirilir. Bu layihənin gerçəkləşdirilməsi üçün vəsaitlər Yaponiya hökuməti tərəfindən ayrılıb.

DB ilə saziş çərçivəsində qazın utilizasiya proqramı hazırlanacaq. Proqrama əsasən, QKS "Günəşli-4" yatağının boş hissəsində tikiləcək. Bu stansiya qazın təzyiqini artırmağa və bunu sahilə nəql etməyə imkan verəcək. QKS-nin tikintisi 2010-cu ilə qədər yataqdan ildə 4,9 mlrd. m3 qaz hasil etməyə imkan verəcək. Hazırda bu göstərici ildə 2,2 mlrd. m3-ə bərabərdir.

Hər gün "Günəşli" yatağından atmosferə təxminən 1,6 mln. m3 aşağı təzyiqli qaz buraxılır.

Xəbər lenti

Xəbər lenti