...

Türkiyənin neft məhsulları bazarı "SOCAR-Turcas Energy" üçün üstünlük yaradacaq

Energetika Materials 12 Dekabr 2006 10:43 (UTC +04:00)

"SOCAR-Turcas Energy" birgə müəssisəsi istehsal edilən neft məhsullarını hazırda optimal tələbat və qiymətlər mövcud olan Türkiyə bazarlarında realizə etmək niyətindədir. ARDNŞ-dan Trend ə verilən xəbərdə bildirilir ki, ARDNŞ neft məhsullarının bir hissəsinin başqa ölkələrə ixrac ediləcəyi faktını da istisna etmir.

Dekabrın əvvəllərində ARDNŞ prezidenti Rövnəq Abdullayev və Türkiyənin "Turcas Grdal Aksoy" neft idarəsinin rəisi birgə şirkət yaradılması barədə protokol imzalayıblar.

Şirkətin yaradılmasında məqsəd Ceyhanda neft emalı üzrə investisiyaların müəyyən edilməsi, təbii qazın idxal və topdansatışını həyata keçirmək, eləcə də Xəzərdə neft yataqlarının kəşfiyyatı və neft hasilatında "Turcas"ın iştirakını təmin etməkdən ibarətdir.

ARDNŞ-da "Şah dəniz" yatağından əldə edilən qazın dünya bazarlarına tədarük edilməsi üçün geniş əməkdaşlıq planı hazırlanıb. Nəzərdə tutulan layihələrin başlanğıc dəyəri 1 mlrd. dollar təşkil edir, əsas məqsəd 4 il ərzində Ceyhanda illik istehsal həcmi 20 mln. ton olan böyük neftemalı zavodunun tikilib təhvil verilməsidir. İlk investisiyaların 51 faizi Azərbaycana, 49 faizi isə Türkiyəyə aid olacaq.

Xəbər lenti

Xəbər lenti