...

Azərbaycan Dövlət Neft Şirkəti "Azneft" İB-nin əsas xərclərini açıqladı

Energetika Materials 23 Dekabr 2006 10:39 (UTC +04:00)

Bu ilin 11 ayı ərzində "Azneft" İB-nin əsas xərclərinin həcmi 168 mln. 933,9 min AZN təşkil edib. Trend xəbər verir ki, bu barədə İB-nin baş direktoru Şahin İsmayılov bildirib.

Bu həcm keçən ilin analoji dövrü ilə müqayisədə 33 mln. 265,4 min AZN çoxdur. Ümumi xərclərin 69 mln. 535,7 min AZN qazma işlərinə, 30 mln. 152,7 min AZN quraşdırma üçün lazım olan avadanlıqlara, 13 mln. 982,5 min AZN smeta çərçivəsində avadanlıqlara, 5 mln. 413,4 min AZN layihə-axtarış işlərinə, 67 mln. 400,9 min AZN tikinti işlərinə sərf edilib.

Bundan başqa, 11 ay ərzində istismara 143 mln. 949,9 min AZN dəyərində əsas fondlar verilib.

İlin sonuna kimi Azərbaycan Dövlət Neft Şirkəti 8 mln. 995 min ton neft hasil etmək fikrindədir ki, bu da proqnozdan 195 ton çoxdur. 2005-ci illə müqayisədə bu göstərici 27,6 min ton çoxdur.

Qaz hasilatının həcmi isə proqnozu 500 mln. kub metr aşaraq 4,5 mlrd.kub metr təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti