...

BP 2006-cı ildə Azərbaycanda 1,4 milyard dolllardan çox vəsait xərcləyib

Energetika Materials 14 Fevral 2007 15:13 (UTC +04:00)

2006-cı ildə BP-nin Azərbaycanda sərf etdiyi vəsaitin ümümi həcmi 1,5 milyard dollar proqnozu ilə, 1 milyard 483 milyon dollar təşkil edib. Bu barədə Trend ə BP Azerbaijan şirkətindən məlumat verilib.

Azərbaycan kapitalı ilə yerli şirkətlərlə ölkədə xərclənmiş vəsait keçən il 21 milyon dollar pronozunu üstələyib. 2006-cı ildə dövlət müəssisələri ilə işə 60 milyon dollar (proqnoz 59 milyon dollar), birgə müəssisələrlə 520 milyon dollar (proqnoz 500 milyon dollar), kiçik və orta biznes müəssisələri ilə 77 milyon dollar (proqnoz 77 milyon dollar) təşkil edib. Azərbaycanda əsaslandırılmış xarici şirkətləlrə xərclərə 826 milyon dollar sərf olunub.

2006-cı ilin nəcilərinə görə, BP-nin işlədyi Azərbaycan kapitallı şirkətlərin sayı 537-dir. 2006-cı ilin üçüncü kvartalının göstəriciləri ilə müqayisədə şirkətlərin sayı 52-yə çatıb. 2006-cı ildə BP ilə işləyən şirkətlərdən: dövlət - 63, birgə müəssisələr - 30, kiçik və orta biznes müəssisələri (bilavasitə) - 444-dür.

Xəbər lenti

Xəbər lenti