...

Azərbaycan Dövlət Neft Şirkəti Batumidən neft partiyasını satıb

Energetika Materials 1 Mart 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Gürcüstanın Qara dəniz limanı Batumidən 600 min barrel həcmində mənfəətli neftin tanker partiyasının satışına elan etdiyi tenderi bağlayıb. Bu barədə ADNŞ-dən məlumat verilib. Tenderin qalibi İsveçrənin treyderi Adax olub. Yüklənmə 20-21 mart tarixində həyata keçiriləcək. ADNŞ ABƏŞ tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağından əldə etdiyi mənfəətli nefti yükləyəcək.

Batumi neft terminalı ildə 15 milyon ton neft məhsulları yükünü ötürmək qabiliyyətinə malikdir. Terminal dörd körpüdə 30-90 min ton dedveytli tankerlərə, həmçinin Aframax klassından olan gəmilər üçün yan buyların xidmətini həyata keçirir.

Hazırda terminalın rezervuar parkının gücü təxminən 530 min ton təşkil edir, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılmış həcmlərin ötürülməsi üçün kifayət edir.

Batumi limanından ADNŞ neft partiyasını aşağıdakı şirkətlər əldə edib:

Adax - yanvar (600 min barrel);

Adax - mart (600 min barrel)

Xəbər lenti

Xəbər lenti