...

OPEK-in neft "səbət"inin qiyməti 2006-cı ilin sentyabrından bəri ilk dəfə olaraq 61 dollar/bareli ötüb

Energetika Materials 29 Mart 2007 14:08 (UTC +04:00)

OPEK-in neft "səbət"inin qiyməti 2006-cı ilin sentyabr ayından bəri ilk dəfə olaraq 61 dollar/bareli ötüb. Martın 28-də "səbət"in qiyməti 61,73 (+1,36) dollar/barel olub. RBK .-ın məlumatına görə, "səbət"in qiymətinin 62,04 dollar/barel olduğu vaxt, yəni 2006-cı ilin 8 sentyabrından sonra qiymət göstəriciləri ən yüksək həddə çatıb.

OPEK-in "səbət"i termini (OPEC Reference Basket of crudes) 1 yanvar 1987-ci ildən rəsmi olaraq tətbiq edilir. 2005-ci il iyunun ortalarından "səbət"in qiyməti adları qeyd edilən ölkə kartellərindən hasil edilən neftin növbəti 11 növünün fiziki qiymət göstəricilərinin orta hesabına əsasən müəyyən edilir: Saharan Blend (Əlcəzair), Minas (İndoneziya), Iran Heavy (İran), Basra Light (İrak), Kuwait Export (Küveyt), Es Sider (Liviya), Bonny Light (Nigeriya), Qatar Marine (Qatar), Arab Light (Səydiyyə Ərəbistanı), Murban (BƏƏ) və BCF 17 (Venesuela).

Xəbər lenti

Xəbər lenti