...

Azərbaycanda bu il bitum istehsalı ötən illə müqayisədə 82,5 faiz artıb

Energetika Materials 7 Aprel 2007 14:09 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Yanvar-mart ərzində Azərbaycanda 24,13 min ton bitum istehsal olunub. Bu barədə republikanın Dövlət Neft Şirkətindən məlumat verilib. Bu həcm bu dövr üçün proqnozu - 8,13 min tonu 50,8 faiz üstələyir.

Keçən ilin analoji dövründə bitumun istehsal həcmi 13,22 min ton təşkil edib. Bu göstərici bu ilin analoji göstəricisindən 10,91 min ton - 82,5 faiz aşağıdır. 2006-cı ildə ümumilikdə 161,94 min ton bitum istehsal olunub. 2005-ci ildə bitumun istehsal həcmi 128,34 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti