...

Azərbaycan Dövlət Neft Şirkəti quru yataqlarında yeni quyuların qazılmasına başlayıb

Energetika Materials 21 May 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti Siyəzən rayonunda "Zeyvə-Zağlı" yatağında növbəti quyunun qazılmasına başlayıb. Bu barədə məlumatı ARDNŞ-dən veriblər.

Quyunun layihə dərinliyi təqribən 2000 metr təşkil edir.

ARDNŞ-in "Azneft" neft və qaz çıxarma istehsalat birliyi "Zeyvə-Zağlı" yatağında işləri genişləndirmək niyyətindədir. Bu il yataqda 20 quyunun qazılması planlaşdırılır. Hazırda burada neft ehtiyatının qiymətləndirilməsi aparılır və qazma proqramı davam etdirilir.

Yataqda artıq bir neçə quyu qazılıb. İlkin qiymətləndirməyə görə, yataqda 3-3,5 ton ehtiyat var. Yataqda qazılmış quyulardan birinin sutkalıq debiti 14,5 tondur. Quyunun orta dərinliyi isə 2000 metr təşkil edir.

Dövlət Neft Şirkəti işləri aktivləşdirmək qərarına gəlib. Xüsusilə növbə üsulu ilə işlərin görülməsi planlaşdırılır. Yataqda eyni zamanda 3-4 quyu qazılacaq. Bunların sırasınada həm kəşfiyyat, həm də qiymətləndirmə quyuları olacaq.

Xəbər lenti

Xəbər lenti