...

Azərbaycan neftinin qiyməti: 21-25 may həftəlik yekun

Energetika Materials 28 May 2007 12:26 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 21-25 may həftəlik yekun

Azərbaycan,Bakı/ Trend müxbir V.Şərifov/ 21-25 may tarixlərində hazırda Türkiyənin Ceyhan, Gürcüstanın Batumi limanından satılan AZERI LT (CIF) markalı neftin ən yuxarı orta qiyməti $71,70/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $2,54/barr yaxud 3,67 fazi çoxdur.

21-25 may tarixlərində AZERI LT neftinin ən yüksək qiyməti $72,80/barr, ən aşağı qiyməti isə $70,77/barr olub. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin 21-25 may həftəsində ən yuxarı orta qiyməti $66,54/barr təşkil edib, bu da əvvəlki həftə olan qiymətdən $2,52/barr yaxud 3,93 faiz çoxdur. 21-25 may tarixlərində URAL neftinin ən yüksək qiyməti $66,89/barr, ən aşağı qiyməti isə $65,56/barr olub. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

21-25 may tarixlərində Brent Dated markalı neftin orta qiyməti $70,79/barr olub ki, bu da ötən həftəki orta qiymətdən $3,01/barr yaxud 4,44 fazi çoxdur.

21-25 may tarixlərində Brent neftinin ən yüksək qiyməti $71,93/barr, ən aşağı qiyməti isə $69,83/barr olub. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti