Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Amerika hökumətinin Transxəzər neft və qaz kəmərlərinin çəkilməsini dəstəkləməsi bu layihə ilə bağlı risklərin azalmasına yardım edəcək. Bunu cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti, Sahibkarlığa və bazar iqtisadiyyatına dəstək fondunun rəhbəri Sabit Bağırov bildirib.
"Bu layihənin əlverişliyi və effektivliyi barədə danışmaq isə hələ tezdir",- deyə Bağırov söyləyib. Amma müqavilənin imzalanması ABŞ hökumətinin layihənin regional inkişaf və enerji təhlükəsizliyi ni nəzərə alaraq bu məsələyə böyük diqqət ayırdığını göstərir, deyə o söyləyib.
Bu layihənin həyata keçirilməsi investorların və və maliyyə institutlarının Transxəzər boru kəmərlərinə marağının inkişafına səbəb olacaq.
Mərkəzi Asiya enerji daşıyıcılarının alternativ nəqli marşrutları barədə suala cavab verən Bağırov qeyd edib ki, nəql marşrutunun seçilməsi neft qaz sahibindən asılıdır.
"Ekoloji tələblər (Transxəzər borukəmərləri layihələri - Trend -ın qeydi) dəqiqləşdirilməli və nəzərə alınmalıdır", - deyə ekspert bildirib. Bu layihələrin həyata keçirilməsində daha öncə Rusiya tərəfindən qaldırılan ekoloji problemlərlə bağlı məsələyə toxunan Bağırov hesab edir ki, bu əngəl olmamalıdır. "Rusiya tərəfi artıq "Mavi axın" layihəsini (Qara dənizin dibi ilə - Trend ) həyata keçirib və şipali Avropa qaz kəməri layihəsini həyata keçirir",- deyə Bağırov qeyd edib.
Avqustun 16-da Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-ın inkişaf agentliyi arasında Transxəzər neft-qaz kəmərinin tikintisinin material və dəyərinin öyrənilməsi üzrə qrant müqaviləsi imzalanıb. Bu layihə ilə Mərkəzi Asiyadan neft və qazın Azərbaycandan keçməklə Avropa nəqli nəzərdə tutulur.