...

Gələn ilin ortalarından inflyasiyanın sürəti azalacaq - Mərkəzi Bankın sədri

Maliyyə Materials 16 Noyabr 2021 12:31 (UTC +04:00)
Gələn ilin ortalarından inflyasiyanın sürəti azalacaq - Mərkəzi Bankın sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda gələn ilin ortalarından inflyasiyanın sürəti aşağı düşəcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib. O bildirib ki, inflyasiyanın sürətlənməsində xarici amillər mühüm rol oynayır:

"Mərkəzi Bankın hədəflərindən biri inflyasiya səviyyəsini sabit idarə etməkdir. Növbəti ilin ortalarından başlayaraq inflyasiyanın sürəti aşağı düşəcək. Qlobal inflyasiyanın səngiməsi onun milli inflyasiyaya təsirini də azaldacaq”, - Mərkəzi Bank sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti