...

Azərbaycanda cari əməliyyatlar hesabında profisit qeydə alınıb

Maliyyə Materials 10 İyun 2022 11:18 (UTC +04:00)
Azərbaycanda cari əməliyyatlar hesabında profisit qeydə alınıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübündə Azərbaycanda cari əməliyyatlar hesabında profisit qeydə alınıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Hesabat dövründə cari əməliyyatlar balansı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 dəfə artaraq 3,952 milyard dollar (ümumi daxili məhsulun 22,4 faizi) təşkil edib.

Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,9 dəfə artaraq 5,5 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 18,2 faiz artaraq 1,5 milyard dollar məbləğində olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti