...

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi məlum olub

Maliyyə Materials 12 İyun 2024 11:44 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi məlum olub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların (BXİ) həcmi 1,5 milyard ABŞ dolları olub.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən media brifinqində deyib.

"Azərbaycan iqtisadiyyatında birbaşa xarici investisiyaların həcminə görə liderlik edən beş ölkə bunlardır: Böyük Britaniya - 443,218 milyon dollar, Türkiyə - 261,408 milyon dollar, Kipr - 192 milyon dollar, BƏƏ - 190,686 milyon dollar və İran - 94,839 milyon dollar", - deyə o qeyd edib.

S.Nəsirov qeyd edib ki, Azərbaycana birbaşa investisiyaların həcminə görə ilk 10 ölkə siyahısını Yaponiya (60,891 milyon dollar), Rusiya (55,546 milyon dollar), Macarıstan (45,335 milyon dollar), Norveç (35,202 milyon dollar) və ABŞ (171,908 milyon dollar) tamamlayır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 6,658 milyard ABŞ dolları (artım 6,1 faiz) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti