Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) cari əməliyyatlar hesabının profisiti ilə bağlı bu ilin aprel ayında baza ssenarisinə əsasən hazırlanmış proqnozunu dəyişməyib.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
"Üç ay əvvəl olduğu kimi, cari əməliyyatlar hesabının profisitinin 2024-cü ildə 7 milyard dollar, 2025-ci ildə isə 6 milyard dollar olacağının gözləyirik", - deyə o qeyd edib.
Qeyd edək ki, iyulun 31-də Mərkəzi Bank uçot dərəcəsinin 7,25 faiz səviyyəsində dəyişməz saxlanılması ilə bağlı qərar qəbul edib.
Məlumata əsasən, 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)