...

BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır - Pərviz Şahbazov

Yaşıl iqtisadiyyat Materials 17 Aprel 2024 13:17 (UTC +04:00)
BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır - Pərviz Şahbazov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ölkəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Əbu-Dabiyə səfəri zamanı P. Şahbazovun BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in prezidenti Sultan Əhməd Əl-Cabir ilə məhsuldar görüşü olub.

“Yaşıl enerji sahəsində strateji tərəfdaşımız "Masdar” şirkəti ilə istehsal güclərinin yaradılması, elektrik enerjisinin ötürülməsi üzrə layihələrin icrasının sürətləndirilməsi, ADNOC şirkəti ilə “Abşeron Faza-I” layihəsi, apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan digər məsələlərlə bağlı müzakirələr apardıq”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti