...

Azərbaycanda Dövlət Radiotezliklər İdarəsi yeni qanun pozuntusu faktları aşkar edib

Telekommunikasiya Materials 4 Aprel 2009 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.Babayeva /

Azərbaycanın Dövlət Radiotezliklər İdarəsinin (DRİ) ilk kvartal ərzində radioelektrik cihazların və tezliklərin istifadəsi üzrə 29 qanun pozuntusu faktı aşkar edib. Bu barədə DRİ məlumat verib.

"Lazımı sənədlər rayon məhkəmələrinə göndərilib", - DRİ-dən bildirilib.

Nəticədə 15 müəssisəyə 2,3 min manat məbləğində cərimə sanksiyaları tətbiq edilib. Məhkəmə orqanlarının qərarına əsasən, DRİ-yə 288,5 min manat məbləğində vəsait köçürülüb.

Dövlət Radiotezliklər İdarəsi ilk dəfə Bakının "Radiotelefonlara texniki nəzarət stansiyası" təşkilatı (öz fəaliyyətinə qrup şəklində başlayıb) yanında 1970-ci ildə yaranıb.

1988-ci ildə rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə radioelektrik vasitələrinin elektrikomaqnit uyğunluğu mərkəzi yaradılıb. 1998-ci ildə həmin mərkəz Dövlət Radiotezliklər İdarəsi adı altında dövlət qeydiyyatından keçib. İdarə tezliklərin respublika ərazisindəki bütün müəssisələr, təşkilatlar və dövlət orqanları üzrə paylanması, istismarı və nəzarəti ilə məşğuldur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti