...

Bakı metropoliteni bütün stansiyalarda özünəxidmət ödəmə terminallarının quraşdırılmasına başlayacaq

Telekommunikasiya Materials 27 Avqust 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir H.Vəliyev /

Bakı metropoliteni sentyabrdan bütün stansiyalarda yeni özünəxidmət ödəmə terminallarının quraşdırılmasına başlayacaq. Bu barədə Trend -a Bakı metropoliteninin daşıma şöbəsinin baş mühəndisi Etibar İsayev deyib.

İsayevin sözlərinə görə, yaxın günlərdə 50 ədəd terminalın tədarükü gözlənilir. Ödəmə terminalları proqram-texniki kompleksdir. Onların köməyi ilə metronun nəqliyyat xidmətləri üçün nəqd pul hesablamaları aparılır.

Bu cür terminallar artıq "Elmlər Akademiyası", "28 may" və "İçəri Şəhər" stansiyalarında quraşdırılıb.

Terminallar bir və beş manatlıq kağız əskinaslar və 20 və 50 qəpiklik dəmir pullarla nəqliyyat kartlarına lazımi sayda gediş yükləməyə imkan verir. Terminala daxil edilən informasiyanın yoxlanmasını icra edən ödəmə sistemi pulları (gedişləri) sərnişinin plastik kartına köçürür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti