Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsinin (DRİ) Efirə nəzarət şöbəsi tərəfindən üçüncü rübün yekunlarına əsasən, 117 efir pozuntusu qeydə alınıb. Bu barədə DRİ-nin məlumatında deyilir.
DRİ-nin məlumatına əsasən, hesabat dövrü ərzində 224 radiorabitə şəbəkəsinə və 442 radioatezlik resursuna nəzarət həyata keçirilib.
DRİ tərəfindən qanunsuz istifadə olunan doqquz tezlik nominalları və qanunsuz istifadə olunan 54 radioelektron vasitə (REV) aşkar edilib.
Üçüncü rübün yekunlarına əsasən, DRİ tərəfindən 31 müəssisədə monitorinqlər keçirilıb. REV-dən qanunsuz istifadə edən müəssisə və təşkilatlara qarşı lazımı tədbirlər görülür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]