...

Azərbaycan Milli Elimlər Akademiyası spamlarla mübarizənin metodologiyasını hazırlayır

Telekommunikasiya Materials 8 Dekabr 2009 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu spamlarla mübarizə metodologiyasını hazırlayır. Bu barədə institutdan Trend -a məlumat verilib.

İnstitut Azərbaycanda fəaliyyət göstərmək üçün mərkəzləşdirilmiş istifadə sistemi hazırlayır. Layihə istifadəçi, korporativ və dövlət səviyyəsində filtrasiya sistemi yaratmağı nəzərdə tutur.

Sistem istifadəçiyə qəbul edilən elektron korrespondensiyanın statusunu müəyyən etməyə və filtrasiya sisteminə yönəltməyə imkan verir.

Ona qarşı ciddi müqavimət cəhdlərinə baxmayaraq, İnternet-spam dövriyyələri əminliklə toplanır. 2009-cu ilin birinci yarısında "BitDefender" şirkətinin keçirdiyi spam-aktivliyinə dair hesabatda mətn spam-məlumatlarının sayının 80 faizə qədər artması qeyd edilir ki, bu da 2008-ci ilin analoji dövrü ərzində aşkarlanmış rəqəmdən 10 faiz çoxdur. Qrafik spamların həcmi isə 2008-ci ililn birinci yarısı ilə müqayisədə 150 faiz artıb. Bu gün "BitDefender"-in hesabatına əsasən, spam kateqoriyalarının Top 10-na aşağıdakı növlər aiddir: tibb, sitat, göndərilən fişerlər, kreditlər və məhkəmələr, zərərli İB, saxta-məhsullar, pirat İB, pornoqrafiya, tanışlıq saytları, iş təklifləri. Onuncu yeri ali təhsil almaqla bağlı sənədlər və onlayn-kazino bölüşdürür.

Arzuolunmaz poçtlardan xilas olmaq sadə məsələ deyil. Bu gün məşhur poçt müştəriləri (Outlook Express, The Bat və b.) və antivirus İB-nin spamın mövcud hissəsinə blok qoymağa imkan verən standart üsulları var.

Azərbaycan spamla effektiv mübarizə üçün tədbirlər kompleksi həyata keçirmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti