...

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi regional kitabxanaların elektron resurslarının yaradılmasına başlayıb

Telekommunikasiya Materials 27 Yanvar 2010 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi kitabxana-informasiya sisteminin avtomatlaşdırılmasına və regional kitabxanaların elektron resurslarının yaradılmasına başlayıb. Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumata görə, işlər "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində aparılır.

Hazırda Qubanın (http://www.quba-information.az/), Beyləqanın (http://www.beyleqaninfo.webs.com/), Ağdaşın (http://www.agdash-mks.az/)  və Neftçalanın (http://www.neftcala-mks.az/) mərkəzi kitabxanalarının internet resurslarının yaradılması üzrə işlər başa çatıb.

Nazirlik tərəfindən Azərbaycanın mərkəzi kitabxanalarının avtomatlaşdırılması üzrə işlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti