...

Azərbaycanın televiziya kanalı peyk və studiya avadanlıqlarının alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 23 İyul 2010 17:00 (UTC +04:00)
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) QSC rəqəmsal peyk və televiziya avadanlıqlarının alınması üzrə tender elan edib.

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir H.Vəliyev/

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) QSC rəqəmsal peyk və televiziya avadanlıqlarının alınması üzrə tender elan edib. Bu barədə Trend-ə cümə günü AzTV-nin tender komissiyasından bildiriblər.

Keçirilən tender müxtəlif peyklərə teleradioyayım siqnalının translyasiyası (televiziya kontenti) məqsədilə peyk avadanlıqlarının alınmasını nəzərdə tutur. Tender həmçinin zəruri studiya avadanlıqlarının alınmasını da nəzərdə tutur.

İştirakçıların təklifləri avqustun 3-dək QSC-də qəbul edilir. Əlavə məlumat üçün 492-11-20 nömrəli telefonla əlaqə saxlamaq mümkündür.

Xəbər lenti

Xəbər lenti