...

Yaxın Şərqdə ən çox internet istifadəçisi İrandadır

Telekommunikasiya Materials 18 May 2012 17:45 (UTC +04:00)
Yaxın Şərqdə ən çox internet istifadəçisi İrandadır. Trend-in ILNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İranın rabitə naziri Rza Tağıpur bildirib.
Yaxın Şərqdə ən çox internet istifadəçisi İrandadır

Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

Yaxın Şərqdə ən çox internet istifadəçisi İrandadır. Trend-in ILNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İranın rabitə naziri Rza Tağıpur bildirib.

Onun sözlərinə görə, İranda 34 milyondan çox nəfər internetə qoşulub. Hazırda 1400 onlayn-servis hökumət və vətəndaş internet-aktivliyinə nəzarət edir.

İki ay əvvəl Tağıpur bəyan etmişdi ki, daxili şəbəkələr internetdən ayrılacaq və ölkədə milli informasiya şəbəkəsi işə salınacaq.

Nazirin sözlərinə görə, təhlükəsizlik məsələsi milli şəbəkənin işə salınmasından sonra həll ediləcək.

Xəbər lenti

Xəbər lenti