...

Sazz 4G İnternet Bakutel ziyarətçilərinə xüsusi endirimlər təklif edir

Telekommunikasiya Materials 8 Noyabr 2012 13:32 (UTC +04:00)
Bakı Expo Mərkəzində davam edən 18-ci “BakuTel” sərgisinin iştirakçıları arasında olan Sazz genişzolaqlı sizmsiz limitsiz İnternet şirkəti sərgi ziyarətçilərinə təklif etdiyi sərfəli paketlər çərçivəsində bütün modemlərini xüsusi endirimlərlə satışa çıxarıb.
Sazz 4G İnternet Bakutel ziyarətçilərinə xüsusi endirimlər təklif edir

Bakı Expo Mərkəzində davam edən 18-ci "BakuTel" sərgisinin iştirakçıları arasında olan Sazz genişzolaqlı sizmsiz limitsiz İnternet şirkəti sərgi ziyarətçilərinə təklif etdiyi sərfəli paketlər çərçivəsində bütün modemlərini xüsusi endirimlərlə satışa çıxarıb.

Belə ki, Sazz İnternet abunəçisi olmaq istəyənlər USB flash modemini pulsuz əldə edə bilərlər. Bunun üçün sadəcə iki aylıq abunə haqqını əvvlcədən ödəmək tələb olunur. Dörd aylıq abunə haqqını ödəyənlərə isə həm USB modemi, həm də MF 10 Wi-Fi ruteri pulsuz veriləcək. Sərgi ziayrətçilərinə həmçinin İX350 və İX 380 stasionar modemləri 20 faiz endirimlə təklif olunur.

Nəhayət, Sazz İntrenetin Azərbaycan bazarına yeni gətridiyi Wimaxion modemini alan hər kəsə bir ay İnternet pulsuz veriləcək. Portativ simsiz mobil Wimaxionun köməyi ilə Sazz İnternetin əhatə dairəsinə daxil olan hər yerdə İntrenetə qoşulmaq mümkünüdür.

"Bakutel" sərgisi noyabrın 9-da yekunlaşacaq.
Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ 4G İnternet 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub. Son bir neçə ay ərzində Bakı şəhərində əhatə dairəsini genişlənidirərək mövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artıran şirkət Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edir. Yaxın 6-9 ay ərzində şirkət Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti