...

Bakcell "BakuTel" sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib

Telekommunikasiya Materials 14 Noyabr 2012 17:34 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - “BakuTel-2012” sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib.
Bakcell "BakuTel" sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - "BakuTel-2012" sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, 18-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin təşkilatçıları "Bakcell" şirkətini "Ziyarətçilərlə ən fəal işə görə" təşəkkür sertifikatı ilə təltif edib.

BakuTel stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkili üçün "Bakcell" tərəfindən mühüm tədbirlər görülüb. Bu il "Bakcel" şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, Bakcell - Mançester Yunayted əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, artırılmış reallıq (AR) proqramları və müxtəlif oyunları nümayiş etdirib.

"Bakcell" əməkdaşları sərgidə şirkətin məhsullarını nümayiş etdirib, qonaqlara "Bakcell" və onun BakuTel-dəki tərəfdaşları haqqında ətraflı məlumat veriblər. Bundan əlavə, sərgi ziyarətçilərinə mobil telefon vasitəsilə sosial media imkanlarından istifadə etmək, QR və AR təcrübəsi ilə tanış olmaq və Bakcell-in mobil xidmətlərindən tam şəkildə faydalanmaq imkanını vermək üçün şirkət tərəfindən pulsuz seminar və təlimlər təşkil edilib.

"Bakcell "BakuTel-2012" sərgisində uğurlu iştirakına görə sertifikatla təltif olunmasından çox məmnundur. Müştəri məmnuniyyəti Bakcell üçün çox vacib bir amildir və BakuTel sərgisi şirkətimizə indiki və gələcək müştərilərimizlə birbaşa ünsiyyət yaratmaq üçün misilsiz bir imkan yaradır", - şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti