...

"Elektron hökumət" portalının aktiv istifadəçilərinin sayı açıqlanıb

Telekommunikasiya Materials 4 Fevral 2013 13:41 (UTC +04:00)
"Elektron hökumət" portalında (ehdis.az) qeydə alınan fəal istifadəçilərin sayı 3098-ə çatıb.
"Elektron hökumət" portalının aktiv istifadəçilərinin sayı açıqlanıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir H. Vəliyev/

"Elektron hökumət" portalında (ehdis.az) qeydə alınan fəal istifadəçilərin sayı 3098-ə çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi "Elektron hökumət"in bülletenində deyilir.

MHM-nin statistikasına əsasən, bu ilin yanvar ayı ərzində portalın unkial ziyarətçilərinin sayı 25 113 ədədə çatıb. Təsdiq edilmiş elektron xidmətlərin sayı 419 ədəd təşkil edir. Bunlardan portalda 176 ədədinə çıxış var. Azərbaycanın dövlət qurumlarının saytlarında yerləşdirilən ümumi elektron xidmətlərin sayı 348 ədəd təşkil edir.

Yanvar ayı ərzində dövlət qurumlarının 159 elektron xidmətindən 12 438 dəfə istifadə edilib.

MHM-nin statistikasına əsasən, Mərkəz tərəfindən verilən elektron-rəqəmsal imzaların sertfikasiyaların ümumi sayı yanvarın 31-nə 3 242 ədəd təşkil edib. Yanvarın nəticələri üzrə hüquqi və fiziki şəxslərə 265 ədəd sertifikat verilib.

Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən mobil qurğular (smartfonlar və planşet kompüterlər) vasitəsilə elektron xidmətlərin istifadəsi imkanlarının təmin edilməsi üzrə işlər yekunlaşdırılıb. Fevralın 1-dən MHM tərəfindən istənilən şəxsə mobil autentifikasiya sertifikatlarının verilməsi başlayıb. Mobil qurğularda istifadə edilməsi üçün MHM-nin sertifikatlarının verilməsi isə martın 1-dək başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti