...

"Bakcell" Novruz bayramına həsr olunmuş yeni kampaniyanı elan edir

Telekommunikasiya Materials 6 Mart 2013 18:28 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Novruz bayramına həsr olunmuş yeni kampaniyanı elan edir. Xüsusi olaraq Novruz Bayramı üçün hazırlanmış bu kampaniya mart ayının 7-dən 24-ə qədər keçiriləcəkdir.
"Bakcell" Novruz bayramına həsr olunmuş yeni kampaniyanı elan edir

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Novruz bayramına həsr olunmuş yeni kampaniyanı elan edir. Xüsusi olaraq Novruz Bayramı üçün hazırlanmış bu kampaniya mart ayının 7-dən 24-ə qədər keçiriləcəkdir.

Bakcell şirkəti bu eksklüziv təklifi öz CİN abonentlərinə hədiyyə edir. Mart ayının 7-dən etibarən balansına ən azı 2 AZN yükləyən hər bir CİN abunəçisi hədiyyə olaraq ölkədaxili bütün istiqamətlərə pulsuz zənglər üçün 10 bonus dəqiqəsi alacaq. Kampaniya ərzində Siz hər dəfə balansı artırdıqda 10 dəqiqəlik bonus qazanacaqsınız. Kampaniyanın sonuna kimi dəfələrlə balansınızı artırın və daha çox pulsuz dəqiqələr qazanın.

Kampaniya çərçivəsində toplanan pulsuz dəqiqələr yalnız 20-24 Mart ərzində istifadə edilə bilər. Bu müddətdə istifadə edilməyən dəqiqələr, kampaniyanın sonunda silinəcəkdir.
Bu eksklüziv kampaniyaya qoşulun və bayram günlərində ölkədaxili bütün istiqamətlərə zəng edib əzizlərinizi onların istifadə etdiyi mobil operatordan asılı olmayaraq pulsuz təbrik edin. Kampaniyaya qoşulmaq üçün 5540 nömrəsinə pulsuz SMS göndərin.

Kampaniya haqqında daha ətraflı məlumat almaq üçün İNFO yazıb 5540 nömrəsinə SMS göndərin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti