...

Azərbaycanda yeni "119" məlumat xidməti işə salınıb

Telekommunikasiya Materials 3 Aprel 2013 14:25 (UTC +04:00)
Azərbaycanda yeni "119" məlumat xidməti işə salınıb.
Azərbaycanda yeni "119" məlumat xidməti işə salınıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycanda yeni "119" məlumat xidməti işə salınıb. Yeni fəaliyyətə başlayan məlumat xidmətində bir çox dövlət və özəl şirkətlər, təşkilatlar, həmçinin bəzi hallarda fiziki şəxslər haqqında məlumatlar əldə etmək mümkündür.

Bunun üçün "119" nömrəsinə zəng vurmaq kifayətdir. Mərkəz eyni zamanda geniş servis və xidmətlər təqdim edir.

Böyük sərmayə tələb edən müasir texnologiyalar, proqram təminatı və avadanlıqlar tələb olunan məlumatla tez bir zamanda və keyfiyyətlə təmin etməyə imkan verir. Şirkətin əsas məqsədi müştərilərə müxtəlif xidmətlər göstərmək və dəqiq məlumatlarla təmin etməkdir.

Mərkəzin xidmətlərindən aşağıdakıları sadalamaq olar- avtoxidmətlər, taksi, evakuator sifarişi və s. Bundan əlavə müştərilər bilet və otel sifarişi kimi turizm xidmətləri, hüquqi maarifləndirmə xidməti, restoranda masa və yemək sifarişi, müxtəlif daşımalar, kuryer, mağazada alış-veriş və s. xidmətlərdən də yararlana bilərlər.

"119" məlumat və xidmət mərkəzi Azərbaycan bazarında əksəriyyəti ilk dəfə təqdim olunan innovasiya xidmətləri təklif edir. Mərkəzin xidmətlərindən istifadə etmək üçün həm mobil operatorlardan, həm də Bakıda və Abşeron yarımadasında şəhər telefonlarından "119" nömrəsinə, regionlardan isə 012 119 nömrəsinə zəng vurmaq kifayətdir. Daxil olan zənglərin qiyməti 0,47 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti