...

"Bank of Baku" IPhone mobil əlavəsini işə salıb

Telekommunikasiya Materials 18 Aprel 2013 15:31 (UTC +04:00)
Müştərilərin bank məhsulu və xidmətlərindən daha çevik və rahat yararlanmasını təmin etmək üçün "Bank of Baku" "IPhone application" xidmətini işə salıb.
"Bank of Baku" IPhone mobil əlavəsini işə salıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Müştərilərin bank məhsulu və xidmətlərindən daha çevik və rahat yararlanmasını təmin etmək üçün "Bank of Baku" "IPhone application" xidmətini işə salıb. Bu barədə cümə axşamı Trend-ə bankdan məlumat verilib.

Bundan belə, "IPhone" smartfonlarının sahibləri "Bank of Baku"nun təqdim etdiyi məhsul və xidmətlərlə ətraflı şəkildə tanış olub müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

"IPhone application" xidməti sayəsində onlayn bank xidmətləri mobil rabitə istifadəçiləri üçün daha yaxın olacaq. "IPhone application" ilə müştərilər valyuta məzənnəsi, kredit və əmanət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının dəqiq ünvanı və xəritəsi ilə rahat şəkildə tanış ola biləcəklər. "IPhone" əlavəsi ilə istifadəçilər kreditin onlayn ödənişini və sifarişini edə bilərlər. Bundan savayı, istifadəçilər "IPhone application" ilə "Bank of Baku"nun korporativ və sosial şəbəkə səhifələrini izləyib son bank xəbərlərindən agah olacaqlar.

Yaxın zamanlarda "IPhone" əlavəsinin "iPad" və "Android" sistemlərində də istifadəyə verilməsi nəzərdə tutulur.

"IPhone application" xidməti sayəsində müştərilər "Bank of Baku" ilə daha rahat və çevik əlaqə saxlaya biləcəklər.

Xidmət barədə ətraflı məlumatı bankın saytından əldə etmək olar: http://www.bankofbaku.com/ru/online-banking/iphone-app.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti